AŞ-nın Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq qrupu Azərbaycana səfər edəcək

AŞ-nın Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq qrupu Azərbaycana səfər edəcək

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq qrupu aprelin 2-si və 5-də Azərbaycana səfər edəcək. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycanda Bələdiyyələrin İnkişafı Naminə (QHT) Alyansının, ölkədə yerli özünü idarənin mövcud vəziyyətinin Avropa Şurasında, Avropa Parlamentində və Avropa Komissiyasında aparılan müzakirələrinin nəticlərinə həsr edilən mətbuat konfransında məlumat verilib.

Toplantıda çıxış edən Alyansın koordinatoru Azər Mehdiyev bildirib ki, səfərdən məqsəd Avropa Xartiyasından və Konqresin Azərbaycan hökumətinə ünvanladığı tövsiyyələtdən irəli gələn öhdəkilərin nə dərəcədə yerinə yetirilməsi, habelə, yerli özünüidarənin inkişafı sahəsində ölkədə baş verən dəyişiklikləri izləməkdir.

Azərbaycanda Bələdiyyələrin İnkişafı Naminə (QHT) Alyansın eksperti Samir Əliyev isə bildirib ki, ötən il Konqresdə aparılan bir sıra struktur dəyişiklikləri nəticəsində monitorinq işləri daha da gücləndirilib. Ekspertin sözlərinə görə, monitorinq çərçivəsində müxtəlif hökumət qurumları və parlamentlə yanaşı, həm də ölkədə yerli özünüidarə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyətinin üzvləri, o cümlədən Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının ekspertləri ilə görüşlər keçiriləcək və onların rəyləri monitorinq hesabatında öz əksini tapacaq.

Aynurə Asimqızı

Bütün xəbərlər Facebook səhifəmizdə