Gəncədə Milli Təhlükəsizlik Nazirliyinin yaradılmasının növbəti ildönümü qeyd olunub - FOTO
Milli Təhlükəsizlik Nazirliyinin yaradılmasının növbəti ildönümü Gəncədə qeyd edilib. Qurumun şəhər şöbəsində bu münasibətlə geniş müşavirə keçirilib. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, tədbirdən öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə əklil qoyulub. Ardından müşavirə öz işinə başlayıb. Tədbirdə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev, güc strukturlarının rəhbərləri iştirak edib. Qeyd olunub ki, 1918-ci ildə ilk dəfə müstəqillik əldə etdiyimiz tarixdən kəşfiyyat və əks kəşfiyyat idarəsinin yaradılması ilə təməli qoyulan sistemin fəaliyyəti dönəmində dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda xidmət aparılıb. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində isə təhlükəsizlik orqanlarında milliləşdirmə siyasəti həyata keçirilib və bu istiqamətdə yeni və bacarıqlı kadrlar yaradılıb. Bir sıra məqamlara toxunan tədbir iştirakçılarının sözlərinə görə, Mlii Təhlükəsizlik Nazirliyinin Gəncə bölməsi tərəfindən bir sıra geniş miqyaslı tədbirlər görülüb. Din pərdəsi altında ölkəmizin müstəqilliyinə xələl gətirən və müxtəlif xarici qüvvələrə çalışan şəxslər ifşa edilərək məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, tədbirin sonunda bir sıra veteran işçilər həmçinin, hazırda çalışan milli təhlükəsizlik əməkdaşlarına hədiyyələr və fəxri fərmanlar verilib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB