Ramil Usubov Lənkəran şəhərində vətəndaşların qəbulunu keçirəcək

Ramil Usubov Lənkəran şəhərində vətəndaşların qəbulunu keçirəcək

Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən cari ilin aprel ayının 7-də Lənkəran şəhərində vətəndaşların qəbulu keçiriləcək. SİA-nın DİN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, nazir Lənkəran, Masallı, Cəlilabad, Astara, Yardımlı və Lerik rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşların qəbulu siyahıda birinci göstərilən Lənkəran rayon polis şöbəsində keçiriləcək.

Qəbul saat 11:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə