"İRƏLİ" İctimai Birliyi dünyanın ən tanınmış gənclər təşkilatlarından olan "Jeunesses Musical International" (JMI) təşkilatıyla əməkdaşlıq barədə razılığa gəlib. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, bununla da "İRƏLİ" İctimai Birliyi rəsmi olaraq JMI vasitəsilə Azərbaycan gəncliyini və musiqisini dünyada təmsil etmək hüququnu əldə edib. Qeyd edək ki, dünyanın musiqi üzrə ixtisaslaşmış ən böyük gənclər təşkilatı olan Jeunesses Musicales İnternational 1945-ci ildə Brüsseldə yaradılıb. Təşkilatın əsas məqsədi bütün sərhədləri aşaraq musiqi vasitəsilə gənclərin inkişafına nail olmaqdır.
Çoxşaxəli fəaliyyəti nəticəsində JMI daxilində 4 istiqamət formalaşıb: Gənc musiqiçilər, Gənc tamaşaçılar, Gənc Səlahiyyətlər və Gənc orkestr və ansambllar.
Qeyd edək ki, təşkilatın 45 ölkədə nümayəndəliyi və 35 ölkədə əlaqələndirici təşkilatları fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB