Nazir: “Bakı 2020 şərq və qərb arasında körpü rolunu oynamaqla Olimpiya tarixinə yeniliklər təqdim edir”
Gənclər və İdman naziri Azad RəhimovunBöyük Britaniyaya rəsmi səfəri başlayıb. SİA-nın xəbərinə görə, əsas məqsədLondonda 2012-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına məsul şəxslərlə görüşlər keçirib müzakirələr aparmaqdır.
Gənclər və idman naziri Azad Rəhimov Böyük Britaniyanın idman və olimpiya naziriHugh Robertson, eyni zamanda Britaniya Olimpiya Assosiasiyasının baş katibiColin Moynihanla görüşüb. Görüşdə nazir Azad Rəhimov bildirib ki, Londona səfərinin əsas məqsədi yayda bu şəhərdə keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına məsul şəxslərlə görüşlər keçirib, görülən işlərlə daha yaxından tanış olmaqdır: "Olimpiya oyunlarına ev sahibliyi etmiş ölkələrin təcrübəsi ilə daha yaxından tanış olmaq mühüm əhəmiyyət kəsb edir. Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi hər bir ölkənin həyatının ən böyük təcrübəsi hesab edilə bilər. 2020-ci ildə Olmipiya oyunlarına ciddi şəkildə ev sahibliyi etmək istiqamətində namizəd şəhər olduğumuz və bu mübarizədə çox ciddi rəqiblərimiz olduğunu nəzərə alsaq hər bir detalın diqqətlə öytənilməsi mühüm əhəmiyyət kəsb edir".
Gələn həftə Bakı 2020 Təşkilat heyəti Bakı və Lozanna arasında yaradılacaq xüsusi video konfrans vasitəsi ilə Beynəlxalq Olmipiya Komitəsinin mütəxəssislərinə oyunların planını təqdim edəcək. Daha sonra, aprel ayında Moskva şəhərində dünyanın bütün ölkələrindən təşrif buyurmuş 1000-dən artıq Milli Olmipiya Komitələrinin nümayəndələri üçün təqdimat ediləcək.
Azad Rahimov qeyd edib ki, bu iki təqdimat uğurların açarı da hesab edilə bilər: "Biz Beynəlxalq Olmipiya Komitəsinə yalnız Olmipiya oyunlarının Bakı və Azərbaycan üçün nə edə biləcəyimi nümayiş etməyəcəyik.Bizim sloqanımız "Biz birlikdə bacararıq"dır ki, burada da əsas məqsəd Beynəlxalq Olmipiya Komitəsi ilə olimpiya hərəkatının inkişafında birgə əməkdaşlıqdır. Bakı 2020 şərq və qərb arasında körpü rolunu oynamaqla Olimpiya tarixinə yeniliklər təqdim edir. Şübhəsiz ki Bakı BOK və tərəfdaşları üçün yeni və mənfəətli imkanlar açır. Ancaq biz başa düşürük bizim təkliflər paketimiz bu işlər üçün yararlı ola biləcək səviyyədə məxsusi deyil. Buna görə də biz olimpiya oyunlarına ev sdahibliyi etmək üçün real ehtiyaca əsaslanan davamlı model təklif edirik. Qurulacaq məkanlar gələcək nəsillərə də xidmət edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB