ABŞ-nın Kutztown Universitetinin tələbələri üçün Novruz Festivalı keçirilib. SİA-nın məlumatına görə, tədbiri Universitetin dövlət adminstarsiyası fakültəsinin 18 yaşlı Azərbaycanlı tələbəsi İsmayıl Hüseynov təşkil edib.
Festivalda Azərbaycan tarixi, milli adət-ənənələri, mədəniyyəti, musiqisi, və mətbəxi təbliğ olunub. Tədbirdə "Azerbaijani Youth of America" təşkilatının prezidenti Elçin Abdullayev Vaşinqton Universitetitnin məzunları Qalib Məmmədov və Murad Səlimli, Kutztown Universitetinin professor, müəllim və 15 fərqli millətlərdən olan tələbələri iştirak ediblər. Festivalda İsmayıl Hüseynov çıxış edərək Azərbaycan tarixi milli adət-ənənələri və Novruz bayramı haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Amerikada fəaliyyət göstərən Qarabağ fondunun üzvləri milli geyimdə Azərbaycan rəqslərini uğurla nümayiş etdiriblər. Bu tədbir haqqında Universitetin nəşr etdiyi qəzetdə geniş şəkildə məlumat dərc edilib.
Qeyd edək ki, tədbirin keçirilməsində Azərbaycan Amerika-Alyansı dəstək olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB