Bakı metrosunda həyəcan!

Bakı metrosunda böyük həyəcan yaşanıb. SİA-nın məlumatına görə, metronun "Azadlıq prospekti" stansiyası tüstüyə qərq olub. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən SİA-ya verilən məlumata görə, metronun üst hissəsində yerləşən və stansiyaları elektriklə təmin edən Elektrik Təchizatı binasında yanğın baş verib. Binanın mərtəbələrindən birində kabellər alışıb. Hadisə ilə bağlı 1-ci dərəcəli çağırış elan olunub. Hazırda yanğın davam edir.


Bütün xəbərlər Facebook səhifəmizdə