Bu günün tarixi, tarixin bu günü

Bu günün tarixi, tarixin bu günü

1992 - Ali Sovetin fövqəladə sessiyasında Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul edilib. Qərara əsasən, seçki 1992-ci il iyunun 7-nə təyin olunub.


1994 - Ermənistan silahlı qüvvələri Qazax rayonunun Bağanıs Ayrım kəndinə basqın edərək bir neçə kənd sakinini qətlə yetirib, kəndə isə od vuraraq yandırıblar.


1997 - Prezident Heydər Əliyevin Ukraynaya rəsmi səfəri gedişində ikitərəfli sənədlər, o cümlədən dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanıb. Azərbaycan prezidenti Ukraynanın ali dövlət mükafatı, "Yaroslav Mudrı" ordeni ilə təltif edilib.


2000 - Parlamentdə Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunduqdan sonra yerinə yetirməli olduğu öhdəliklər sənədi qəbul olunub. Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsinin tərtib etdiyi öhdəliklər siyahısı Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri tərəfindən imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə