26-28 mart tarixlərində TürkPA-nın Baş katibi Ramil Həsənovun başçılığı altında nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının 20 illiyinə həsr olunmuş xüsusi sessiyada iştirak etmək məqsədilə Qazaxıstanın Almatı şəhərinə səfər edəcək. SİA-nın xəbərinə görə, sessiyada MDB üzv ölkələrinin və digər ölkələrin parlament sədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Sessiya çərçivəsində TürkPA Baş katibinin təşkilatın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin, Qazaxıstan Parlamenti Senatının sədri Kayrat Mami və bir çox beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB