Meksika Konqresinin Deputatlar Palatasında Novruza həsr olunmuş konfrans keçirilib - FOTOSESSİYA
Meksika Konqresinin Deputatlar Palatasında Beynəlxalq Novruz Gününə həsr olunmuş konfrans keçirilib. Tədbirdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov, İran və İraq səfirliklərinin rəhbərləri, Meksika Konqresinin üzvləri və rəhbər işçiləri, Meksikanın Dini Dözümlülük və Vicdan Azadlığı Daimi Kampaniyasının nümayəndələri iştirak ediblər.
Azərbaycanın Meksikadakı səfirliyindən SİA-ya verilən məlumata görə, çıxış üçün ilk söz İ.Muxtarova verilib. Səfir deyib ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 2010-cu ilin fevral ayında "Beynəlxalq Novruz günü" qətnaməsi qəbul olunub. O, Meksika Konqresinin üzvləri, xüsusən də deputat Ramon Ximenez Lopezə ənənəvi olaraq Novruz bayramının Meksika parlamentində qeyd edilməsi üçün verilən dəstəyə görə öz təşəkkürünü bildirib. Sonra konfrans iştirakçılarına Novruz bayramı haqqında Azərbaycan səfirliyi tərəfindən hazırlanmış təqdimat nümayiş etdirilib, Novruz bayramının tarixi və xüsusiyyətləri barədə əlavə məlumatlar verilib.
Konqresin deputatı Ramon Ximenez Lopez tədbirin təşkilati məsələlərində daimi dəstəyinə görə Azərbaycan səfirinə xüsusi təşəkkürünü bildirərək Novruz bayramı münasibətilə diplomatik nümayəndəliklərin rəhbərlərini və onların təmsil etdikləri ölkələrin xalqlarını təbrik edib.
Meksikanı Dini Dözümlük və Vicdan Azadlığı Daimi Kampaniyasının baş koordinatoru Lusia Araqon Siqarrero Novruz bayramının barış adətlərindən danışaraq bir çox dünya ölkələrinin bundan örnək götürməsinin vacibliyini vurğulayıb.
Daha sonra səfir İ. Muxtarov dinləyiciləri maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB