Dövlət Şəhərsalma və Arxitektura Komitəsində həyata keçirilən Bakının yeni baş planı layihəsinin İcra Qrupu paytaxt əhalisinin sayı barədə rəsmi açıqlama verib. Statistikaya görə, 2012-ci ilin yanvarınadək Bakı şəhərində rəsmi qeydiyyatda olan əhalinin sayı 2 milyon 354 min nəfərdir. 2000-ci ildə bu rəqəm 1 milyon 796 min 300 nəfər olub.
Qeyri-rəsmi məlumatlara görə isə, hazırda Bakıda yaşayanların sayı bu rəqəmdən çoxdur. Buna səbəb iş yerlərinin əsasən baş şəhərimizdə olmasıdır. Bura məcburi köçkünlər, orta və ali ixtisas təhsili müəssiələrində oxuyan tələbələri də əlavə etsək, onda paytaxtda 3 milyondan çox insanın yaşadığını söyləmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB