Bərdədə mərkəzi meydan tikilir

Bərdədə mərkəzi meydan tikilir

Bərdədə abadlıq və quruculuq işlərinin davamı olaraq rayonda meydan tikilir. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, 1 hektara yaxın ərazisi olan meydan rayonda kütləvi tədbirlərin keçirilməsi üçün əlverişli məkan olacaq.

Rayonda bu günə qədər açıq havada böyük tədbirlərin keçirilməsi üçün yer olmadığından şəhər sakinlərinin haqqlı narazılığıına səbəb olurdu. Bu günə qədər vəziyyətdən çıxış yolu kimi böyük tədbirlər şəhər stadionunda keçirilirdi.


Bu sahədə yaranmış çətinliyi aradan qaldırmaq üçün Heydər Əliyev prospektində yeni mərkəzi meydan tikilir. Bir hektara yaxın ərazisi olan meydan 47 min adam tutacaq.


Hazırda inşaat işləri aparılan meydanda ən müasir üsulda fantan qurulub, səhnə tikilir. Gecə işıqlanması üçün müasir işıq dirəkləri basdırılıb. Yaşıllıq zolaqları salınır dekorativ ağac və gül kolları əkilir. Meydanda həmçinin 85 metr hündürlüyündə üç rəngli bayrağımızda dalğalacaq.

Qeyd edək ki tikinti işlərin qısa zamanda başa çatması üçün əraziyə xeyli sayda işci qüvvəsi və texnika cəlb edilib.



Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə