Yevlax - Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsi tamamilə bərbad vəziyyətdədir. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, yolun təxminən 40 kilometr hissəsi dağıldığından avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb.
Magistral avtomobil yolu vaxtında təmir və bərpa olunmadığından yollarda iri çalalar əmələ gəlib. Belə ki, çala-çüxurlu yollarda maşınlar hərəkət edə bilmir. Sürücülər mənzil başına çatmaq üçün daha çox vaxt itirirlər.
Uzun illərdir ki əsaslı təmir üzünə həsrət qalan avtomobil yolları günü-gündən bərbad vəziyyətə düşür.
Qeyd edək ki, yollardakı vəziyətlə bağlı Beyləqan rayon yol idarəsindən münasibət almaq istəsək də, idarənin qapıları kimi telefonlarıda üzümüzə bağlandı
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB