Fransada 7 nəfərin qətlində şübhəli bilinən silahlı şəxs özünə qəsd edib
Fransada 7 nəfərin qətlində şübhəli bilinən silahlı şəxs Tuluz şəhərində 32 saatlıq müqavimətdən sonra özünə qəsd edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Fransa xarici işlər naziri Klod Qua deyib ki, polis 24 yaşlı Məhəmməd Merahın olduğu evə daxil olaraq onu atəşə tutub. Ancaq polislə silahlı qarşıdurmadan sonra Merah pəncərədən tullanaraq özünə qəsd edib. Atışma zamanı 3 polis əməkdaşı yaralanıb.
Qeyd edək ki, Əlcəzair əsilli Fransa vətəndaşı Merah Tuluz şəhərindəki yəhudi məktəbində rəbbi və 4, 5, 7 yaşlı 3 uşağın qətlində ittiham olunurdu. O, hadisə yerindən motosikletlə qaçmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB