Bu gün Azərbaycan ərazisində hava dəyişkən buludlu olacaq, arabir yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SAİ-ya verilən məlumata görə, temperaturun gecə 2-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək olacaq - 765 millimetr civə sütunundan 769 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək. Martın 23-25-i təzadlı hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB