Azərbaycanın Meksikadakı səfirliyində Novruz bayramı münasibətilə tədbir keçirilib

Azərbaycanın Meksikadakı səfirliyində Novruz bayramı münasibətilə tədbir keçirilib

Azərbaycanın Meksikadakı səfirliyində Novruz bayramı münasibətilə tədbir keçirilib. Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Meksikada akkreditə edilmiş diplomatik nümayəndəliklərin üzvləri, o cümlədən Gürcüstanın Meksikadakı səfiri, Meksikada yaşayan həmvətənlərimiz və İran vətəndaşları olan azərbaycanlılar, habelə Türkiyə, Ukrayna, rus, tatar və yəhudi icmalarının nümayəndələri və Meksikanın müxtəlif təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Səfir İlqar Muxtarov tədbirdə çıxış edərək, Novruz bayramı münasibətilə Azərbaycan hökuməti adından qonaqları, Meksikada yaşayan azərbaycanlıları və Novruzu qeyd edən xalqları təbrik edib.

Bayram şənliyində qonaqlara Novruz bayramının rəmzlərindən hesab edilən Azərbaycanın milli mətbəxinə məxsus müxtəlif təamlar və şirniyyatlar təqdim edilib, bayram tonqalı yandırılıb, Azərbaycanın xalq və bəstəkar mahnıları səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə