Bakının 2020 Yay Olimpiya Oyunlarına namizədliyi üçün 100000-dən çox imza toplanıb

Bakının 2020 Yay Olimpiya Oyunlarına namizədliyi üçün 100000-dən çox imza toplanıb

Bakının 2020 Yay Olimpiya Oyunlarına namizədliyi üçün keçirilən imzatoplama kampaniyasına cəmi beş gün öncə başlamasına baxmayaraq, 100000-dən çox imza toplanıb. SİA-nın xəbərinə görə, bu barədə məlumat verən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov bildirib ki, kampaniya çərçivəsində Bakı şəhəri üzrə 40000, regionlar üzrə 60000-dən çox imza əldə olunub: "Təbii ki, biz bununla kifayətlənmirik. Mart ayının 31-ə qədər müxtəlif ali və orta ixtisas təshil müəssisələrində paytaxtın ticarət mərkəzlərində, metronun 28 May, Sahil, İçəri Şəhər, 20 Yanvar və başqa stansiyalarında, eləcə də şəhərin mərkəzi küçələri və meydanlarında paytaxt sakinlərini imzatoplama kampaniyasına dəstəyini qazanmaq üçün səylərimizi davam etdirəcəyik".

Şahin İsmayılov həmçinin, imzatoplama kampaniyasının yalnızca sorğu vərəqələri ilə deyil, həmçinin, social media vasitələrinin köməkliyi ilə onlayn da həyata keçirildiyini, Azərbaycanın mobil operatorlarından olan Azercell Telekomun da sms aksiyası keçirərək imzatoplama kampaniyasına dəstək olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə