DİN bir ailənin 3 üzvünün ölümü ilə nəticələnən yol qəzası barədə məlumat açıqlayıb
Daxili İşlər Nazirliyi (DİN) Şabran rayonunda baş verən dəhşətli yol qəzası barədə məlumat açıqlayıb. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 20-də saat 21.00 radələrində Şabran rayonunun Ağalıq kəndi ərazisində kənd sakini Niyətəli Əlibabayevin idarə etdiyi \"VAZ-21074\" və Rəhimli kənd sakini Sərxan Ələsgərov idarə etdiyi \"VAZ-21074\" markalı avtomaşınlar toqquşub.
Nəticədə N. Əlibabayev və sərnişinləri - arvadı Telli və 2 yaşlı oğlu Elmir hadisə yerində dünyasını dəyişib. Xəsarət almış S. Ələsgərov və sərnişinləri Namiq Poladov, Rədxan Həmzəyev və Kamran Paşayev isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB