“Azərbaycanda uşaq hüquqları və uşaq iştirakçılığı”

“Azərbaycanda uşaq hüquqları və uşaq iştirakçılığı”

Milli Məclisin sosial siyasət daimi komitəsi, "İRƏLİ" İctimai Birliyi, Save the Children (Uşaqların Xilası) Beynəlxalq Təşkilatının Azərbaycan nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkili ilə "Azərbaycanda uşaq hüquqları və uşaq iştirakçılığı" mövzusunda dinləmələr təşkil olunub. SİA-nın xəbərinə görə, dinləmələr zamanı uşaqlar arasında seçilmiş nümayəndələr millət vəkilləri qarşısında uşaq hüquqlarının və iştirakçılığının təmin edilməsi məqsədi ilə bir çox təkliflərlə çıxış etmiş, uşaq hüquqları üzrə ekspertlər və digər iştirakçılar da uşaq hüquqları ilə bağlı mövcud durum haqqında danışaraq uşaqların təkliflərinə öz münasibətlərini bildiriblər.

Qeyd edək ki, dinləmələrin keçirilməsində məqsəd uşaqların və uşaq hüquqları üzrə ekspertlərin birgə apardığı araşdırmaların nəticələri və bundan irəli gələn tövsiyələri uşaqlar tərəfindən Milli Məclis üzvlərinə təqdim etmək olub. İctimai müzakirədən əvvəl uşaqlar və uşaq hüquqları üzrə ekspert "Azərbaycanda uşaq hüquqlarının təhlili" mövzusunda Bakıda və regionlarda uşaqlar və bu sahədə çalışan təşkilatlar arasında araşdırma aparıb və vəziyyəti təhlil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə