Azərbaycan və Çeçenistan İsrail vətəndaşları üçün təhlükəli ölkələr siyahısına salınıb
Azərbaycan və Çeçenistan respublikası İsrail vətəndaşları üçün təhlükəli ölkələr siyahısına salınıb. SİA-nın xəbərinə görə, bu barədə məlumatı İsrailin terrorla mübarizə qərargahı yayıb.
Terrorla mübarizə qərargahı qeyd edir ki, 6 apreldə başlayacaq Pesax yaz bayramları qeyd olunarkən terrorçuların xarici ölkələrdəki israillilərə, habelə yəhudi diasporuna hücum ehtimalı artır. Çünki, "Hizbullah" terror təşkilatı daha aktiv fəaliyyətə keçib və əsasən terrorun sui-qəsd və girov götürmə formalarına üstünlük verilir. Xəbərdarlıqda bildirilir ki, söhbət davam edən potensial təhlükədən gedir, İsrail vətəndaşlarına zərurət olmadan Azərbaycana səyahət etməmək tövsiyə olunur.
Azərbaycan Xarici İşlər Nazirliyi İsrailin terrorla mübarizə qərargahının Azərbaycanın adını bu ölkənin vətəndaşları üçün təhlükəli ölkələr siyahısına salmasına münasibət bildirib. XİN-nin mətbuat katibi Elman Abdullayev Azərbaycan regionun ən təhlükəsiz və sabit ölkəsidir. O, qeyd edib ki, Azərbaycan dövləti ölkədə təhlükəsizliyi yüksək səviyyədə təmin edir: "Bu mənada Azərbaycan bir çox ölkələrə nümunə ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB