Meteohəssas insanlara növbəti xəbərdarlıq

Meteohəssas insanlara növbəti xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 23-dən 25-dək olan müddətdə gözlənilən hava proqnozunu açıqlayıb. SİA-nın xəbərinə görə, martın 23-də Bakıda buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi axşam cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13° şaxta olacağı gözlənilir.

Martın 23-dən 25-dək Abşeron yarımadasında təzadlı dəyişkən hava şəraiti, xəzri və gilavar küləklərinin tez-tez bir-birini əvəz etməsi, havanın temperaturunun xeyli tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Bu baxımdan da nazirlik meteohəssas insanlara növbəti dəfə xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə