Telman İsmayılovun “ACT” şirkətlər qrupuna daxil olan müəssisəsində axtarış aparılır
Rusiya istintaq orqanları sahibkar Telman İsmayılovun "ACT" şirkətlər qrupuna daxil olan müəssisəsində axtarış aparırlar. SİA-nın "BBC" yə istinadən verdiyi xəbərə görə, istintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin axtarışın 1.5 mlrd rubl (təqribən 50 mln dollar) məbləğində vergidən yayınma işinə görə aparıldığını bildirib.
İstintaqın məlumatına görə, Polimiks-Tsentr şirkəti vergi orqanlarına təqdim etdiyi deklarasiyada, öncədən yanlış məlumatlar verərək bu yolla büdcəyə böyük məbləğdə verginin ödənməsindən yayınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB