Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional ofisi gənclərlə birgə baharın gəlişi - Novruz Bayramı münasibətilə möhtəşəm şənlik təşkil edib. SİA-nın xəbərinə görə, iki hissədən ibarət olan tədbirin rəsmi hissəsində Mərkəzin fəaliyyətində aktiv olan gənclər və müəllimlər diplomlarla təltif olunublar.
Daha sonra gənclərin hazırladıqları maraqlı səhnələr nümayiş etdirilib, musiqilər səsləndirilmiş, maraqlı oyunlar və yarışlar təşkil olunub. Tədbirdə aktiv gənclərlə yanaşı, Mingəçevir şəhərinin müxtəlif icra strukturlarının və QHT-lərinin nümayəndələri, eyni zamanda ABŞ-ın Sülh Korpusunun könüllüləri iştirak edib. Şəhər gəncləri tədbirin keçirilməsindən məmnun olduqlarını ifadə edərək, regionlarda belə tədbirlərin gənclərə böyük stimul verdiyini qeyd ediblər.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB