Türkiyədə qarşudurma olub
Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda Novruz şənliklərindən əvvəl aksiya keçirməyə çalışan etirazçılarla polis arasında qarşıdurma olub. Polis Novruz şənliyinin keçiriləcəyi ərazidə yüksək təhlükəsizlik tədbirləri həyata keçirməyə çalışarkən yüzlərlə insan yürüşə cəhd edib. Polisin yürüşə icazə verməməsi nəticəsində gərginlik yaranıb. Etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazla müdaxilə edilib. Van vilayətində də oxşar gərginlik yaşanıb. Türkiyənin Antalya şəhərində Novruz şənliklərini bəhanə edərək polisə daş atan qrupa qarşı su şırnaqları və gözyaşardıcı qazla müdaxilə edilib. Asayişi pozmağa çalışan 15 nəfər saxlanıb. Antalyanın Kəpəz rayonunda Novruz bayramını qeyd etmək üçün 150 nəfər toplaşıb. Sonradan ərazidə toplaşan insanlar avtomobil şinlərini yandıraraq PKK lideri Abdulla Öcəlana dəstək şüarları səsləndirməyə və polisi daş-qalaq etməyə başlayıb. Polis qrupa müdaxilə etməli olub. Ərazidə asayişin mühafizəsinə 200-dək polis əməkdaşı cəlb olunub. Türkiyənin Şırnak vilayətində də Novruz bayramı qeyd olunub. Cizre rayonunda bir saat ərzində havaya fişənglər atılıb. Bir sıra məhəllələrdə sakinlər tonqalların üstündən tullanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə