Azərbaycanı Eurovision Mahnı Müsabiqəsi 2012-də təmsil edəcək Səbinə Babayevanın müsabiqə üçün tanıtım diski hazırlanıb. Eurovision.az saytı xəbər verir ki, təmsilçimizin müsabiqədəki "When the music dies" mahnısının yer aldığı disk bu ilin mayında-Eurovision 2012 ərəfəsində təqdim olunacaq. Sözügedən diskdə təmsilçimizin müsabiqə mahnısının klipi, mahnımız haqqında Azərbaycan, rus, ingilis və fransız dillərində məlumatlar yer alıb. Bu disk may ayında Bakıya təşrif buyuracaq çoxsaylı ölkələrin nümayəndələrinə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB