İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak malları bazarında monitorinqlərini davam etdirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Binəqədi rayonunda Z.Qəmbərov küçəsi, ev 7 ünvanında yerləşən "Dadaş market"də, 9-cu mikrorayon, ev 87 ünvanında Sultan Səfərova məxsus mağazada, Bakının Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, Novruz küçəsi, ev 52 ünvanında Səbinə Məlikovaya məxsus mağazada, Zabrat 1, 1 May küçəsi, ev 3B ünvanında yerləşən "Səma market"də,
Binəqədi rayonunda M.Ə.Rəsulzadə qəsəbəsi, Davudoğlu küçəsi, ev 17M ünvanında yerləşən "A.M.İ. market"də,Nəsimi rayonunda 20 Yanvar küçəsi, ev 19 C ünvanında yerləşən "Pərviz market"də, A.Məhərrəmov küçəsi, ev 30A ünvanındakı "Sofiya market"də saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Sumqayıt şəhərində N.Nərimanov küçəsi, 14-cü məhəllədə Səfərəli Seydəliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.
Gəncə şəhərində Sadıllı qəsəbəsi, Çuvarlinski küçəsi, ev 40 ünvanında Sədaqət İsmayılovaya məxsus mağazada, Təbriz küçəsi, 292A ünvanında Emin Həsənova məxsus mağazada, Füzuli rayonunda Böyük Bəhmənlı kəndində İsmayıl İmanova məxsus mağazada isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.
Ümumilikdə, monitorinqlər zamanı 520 kq-dan çox ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB