Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün Novruz şənliyi təşkil edilib - FOTO
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunun Sahil qəsəbəsində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün Novruz şənliyi keçirilib. SİA AzərTAc-a istinadən xəbər verir ki, bayram tədbirində rayonun Sahil qəsəbəsindəki 9 saylı xüsusi təyinatlı internat məktəbindən və "Müşfiq" Əlil Uşaqlara Yardım İctimai Birliyindən (İB) 120 uşaq iştirak edib.
Mərasimdə Heydər Əliyev Fondunun nümayəndəsi uşaqlara Fondun prezidenti Mehriban xanım Əliyevanın təbriklərini çatdırıb.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan danışıb.
Tədbirdə iştirak edən BMT Uşaq Fondunun (YUNİSEF) Azərbaycandakı nümayəndəsi Mark Hervord Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bu sahədə həyata keçirdiyi işlərə görə xüsusi minnətdarlığını bildirib.
Bayram şənliyində Heydər Əliyev Fondunun BMT Uşaq Fondu ilə (YUNİSEF) birgə həyata keçirdiyi xüsusi qayğıya ehtiyacı olan uşaqların imkanlarının artırılması layihəsi çərçivəsində Qaradağ rayonunda fəaliyyət göstərən "Müşfiq" Əlil Uşaqlara Yardım İB-yə "Ford" markalı minik avtobusu hədiyyə edilib.
İncəsənət ustalarının ifası isə bayram şənliyinə xüsusi ovqat gətirib.
Tədbirdə uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri də təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB