TürkPA nümayəndə heyəti MDB PA-nın 20 illiyinə həsr olunmuş xüsusi sessiyada iştirak edəcək
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənovun başçılıq etdiyi nümayəndə heyəti martın 26-dan 28-dək Qazaxıstanın Almatı şəhərində MDB Parlament Assambleyasının 20 illiyinə həsr olunmuş xüsusi sessiyada iştirak edəcək. TürkPA-nın katibliyindən SİA-ya verilən xəbərə görə, sessiyada MDB ölkələri və digər ölkələrin parlament sədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Sessiya çərçivəsində TürkPA baş katibinin təşkilatın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin, Qazaxıstan Parlamenti Senatının sədri Kayrat Mami və bir çox beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB