29 saylı Səbail seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradovun köməkçisi Heydər Atayev Badamdar qəsəbəsində seçicilərlə görüş keçirib. SİA-nın məlumatına görə, axşam saatlarında baş tutan görüşdə sakinlər onları narahat edən problemləri millət vəkilinə çatdırmağı xahiş etdilər. Görüşdə bir sıra məsələlər qaldırılıb. Sakinlərdən bir qrupu ümumi məsələlər, digərləri isə şəxsi məsələlərlə bağlı müraciət ediblər.
Belə ki, qəsəbədə yerləşən binaların ətrafının abadlaşdırılması, işıq dirəklərinin dəyişdirilməsi problemlərindən tutmuş su təchizatı ilə bağlı məsələlər deputat köməkçisinə çatdırılıb. Əsasən sosial məsələlərin qaldırıldığı görüşdə millət vəkilinə bunları həll etmək üçün aidiyyatı qurumlara müraciət etmək bildirib. Heydər Atayev bütün məsələlərin diqqət mərkəzində saxlanılacağını və millət vəkili Fuad Muradovun hər bir məsələ ilə ayrıca məşğul olacağını sakinlərə bildirib.
Görüşdən sonra Səbail rayonu ərazisində yaşayan aztəminatlı ailələrə baş çəkilib. Onlar millət vəkilinin adından Novruz bayramı münasibəti ilə təbrik edilib və bayram sovqatı təqdim olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB