Sabah saat 09.14 radələrində Azərbaycana Bahar gələcək

Sabah saat 09.14 radələrində Azərbaycana Bahar gələcək

Bahar öz qədəmlərini Azərbaycana sabah saat 09.14 radələrində qoyacaq. Bunu AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev deyib.

Onun verdiyi məlumata görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi" deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə