Paytaxtda çay evi qumarxana çıxdı

Paytaxtda çay evi qumarxana çıxdı

Paytaxtda çay evində qanunsuz qumar oyunlarının keçirilməsi müəyyən olunub. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Xətai RPİ-nin Cinayət axtarış şöbəsinin əməkdaşları Bakı şəhər sakinləri Elməddin Sadıqov və Aqil Alıyevin Sarayev küçəsində yerləşən çay evində qumar oyunu təşkil etməsini aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə