DİN Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

DİN Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Azərbaycan polisi Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, respublikada keçiriləcək Novruz bayramı şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə 2012-ci il mart ayının 20-dən 27-dək DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Əmrdə, həmçinin bildirilir ki, bayram günlərində ictimai yerlərdə və küçələrdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədi ilə post patrul xidməti naryadlarının sayı artırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə