Milli Məclisin deputatı Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün sabah Parisə səfərə yola düşəcək. Milli Məclisdən SİA-ya verilən məlumata görə, iclasda "İqtisadi və maliyyə böhranlarından sonra normal yaşayış üçün təqaüdlərin müəyyən edilməsi", "Vergi ilə bağlı siyasətin formalaşması", "Maliyyə əməliyyatlarında sosial ədalətin bərpası", "Orqan alverinə qarşı mübarizə üçün Avropa Konvensiyasına doğru" mövzuları ətrafında fikir mübadiləsi aparılacaq, komitənin işçi proqramı və gələcək prioritetləri müəyyənləşdiriləcək.
Deputat S.Fətəliyeva iclasda qaldırılacaq məsələlərə öz münasibətini bildirəcək. Səfər çərçivəsində deputat Ətraf mühit və enerji məsələləri, Sosial və iqtisadi hüquqlar, İctimai sağlamlıq üzrə alt komitələrin toplantılarına qatılacaq. Səfər martın 25-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB