Meksikanın xarici işlər naziri Azərbaycanlı həmkarına təbrik məktubu göndərib
Azərbaycan Respublikası ilə Meksika Birləşmiş Ştatları arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyi münasibətilə Meksikanın xarici işlər naziri, xanım Patrisiya Espinoza Kanteyano Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təbrik məktubu ünvanlayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məktubda Meksika və Azərbaycan xalqlarının öz maraqları naminə ikitərəfli münasibətləri, eyni zamanda, dostluq və əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirdikləri vurğulanaraq, iki ölkə arasında yüksək səviyyəli təmasların, hökumət nümayəndələrinin qarşılıqlı səfərlərinin və əsası qoyulmuş əməkdaşlıq layihələrinin həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığın daha da genişləndirilməsinə şərait yaratdığı qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB