Bərdədə fləşmob keçirilib

Bərdədə bir qrup gənc şəhərin Heydər Əliyev prospektində bir araya toplanaraq rəqs ediblər.

SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, müxtəlif düşüncəli, müxtəlif peşə sahibi olan gənclər şəhərin mərkəzində "Səməni" fləşmobu keçiriblər. Əllərində səməni tutmuş gənclər Yallı rəqsi oynayıblar. Bu fləşmobu keçirməkdə məqsəd isə milli adət-ənənələrimizi yaddan çıxarmamaq və gəncləri həmrəy olmağa çağırmaqdır.

Qarabağ bölgəsində ilk dəfə olaraq fləşmob rayon sakinləri arasında da çox böyük marağa səbəb olub.


Qeyd edək ki, bu fləşmob milli adət-ənənələri özündə əks etdirən və milli rəqslərlə keçirilən ilk fləşmobdur.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə