1901 - Rusiya hökuməti imperiyanın mərkəzi vilayətlərindən Azərbaycan ərazisinə - Mil və Muğan düzlərinə 40 min kəndlinin köçürülməsi barədə qərar qəbul edib. Bu, imperiyanın milli əyalətlərdə həyata keçirdiyi ruslaşdırma siyasətinin tərkib hissəsi idi. Köçürülmə nəticəsində Azərbaycanın sözügedən bölgələrində onlarla rus yaşayış məntəqəsi yarandı.
1918 - Erməni quldur dəstələri Şamaxıda azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar həyata keçiriblər. Öldürülənlər arasında Rusiya I Dövlət Dumasının (1906-1907) deputatı Məmmədtağı Əliyev də vardı. Bir neçə gündən sonra azərbaycanlı əhaliyə qarşı qətliamlar İrəvandan Bakıyadək əksər bölgələri əhatə etdi.
1927 - V Ümumazərbaycan sovetlər qurultayında sovet Azərbaycanının ikinci Konstitusiyası qəbul edilib. Həmin vaxtadək respublikanın siyasi, iqtisadi quruluşunda zorakı metodlarla həyata keçirilmiş dəyişikliklər yeni Konstitusiyaya salındı.
1943 - Xalq yazıçısı Mövlud Süleymanlı Qərbi Azərbaycanın Qızıl Şəfəq kəndində (Ermənistan SSR Kalinino rayonu) anadan olub. "Köç" romanının, povest, pyes və ssenarilərin müəllifidir. Uzun illər Azərbaycan dövlət radiosuna rəhbərlik edib.
1992 - BMT baş katibinin xüsusi nümayəndəsi Sayrus Vens Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətlə tanış olmaq üçün Bakıya gəlib. BMT rəsmisi Bakıdan sonra Yerevan və Xankəndiyə səfər edib.
1994 - Erməni silahlı dəstələri Xankəndi səmasında İranın "Herkules" təyyarəsini raketlə vurublar. Təyyarədə olan 34 iranlı diplomat və ailə üzvləri həlak olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB