Bahar Muradova İsveçin «Qadın və demokratiya cəmiyyəti»nin nümayəndə heyəti ilə görüşüb

Bahar Muradova İsveçin «Qadın və demokratiya cəmiyyəti»nin nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova İsveçdə fəaliyyət göstərən "Qadın və demokratiya cəmiyyəti"nin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.


Görüşdə Azərbaycanla İsveç arasında əlaqələrdən danışılıb. Vitse-spiker qeyd edib ki, Azərbaycanın seçkili orqanlarda qadınların sayı ildən-ilə artır və hazırda Milli Məclisdə 20 qadın deputat var. Bələdiyyələrə son seçkilərdən sonra yerli özünüidarəetmə orqanlarında qadınlar 27 faizlə təmsil olunub.

İsveç nümayəndə heyətinin rəhbəri Marqareta Ling-Vannerus qeyd edib ki, Bakıya səfərin məqsədi Azərbaycan və İsveç qadınları arasında əlaqələr qurmaq və inkişaf etdirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə