Bu gün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə bildirilib ki, 2009-cu ilin aprel ayının 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması haqqında Fərman imzaladı. Dövlət başçısının Fərmanına əsasən, hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədi ilə müvafiq vəsait nəzərdə tutulur. Qeyd olunub ki, Fondun əsas fəaliyyəti mətbuat orqanlarını müxtəlif siyasi dairələrin asılılığından azad edərək, mətbuatın ifrat siyasiləşməsinin qarşısını almaqdır. Daha sonra müsabiqənin 10 istiqamət üzrə keçirildiyini xatırladan Fondun icraçı direktoru Vüqar Səfərli dedi ki, Fonda ümumilikdə 94 yazı təqdim edilib: "Həmin yazıların 8-si informasiya agentliklərindən, 12-si regionlar, 74-ü isə respublika üzrə yayımlanan qəzetlərin əməkdaşları tərəfindən təqdim olunub. Vüqar Səfərli yazıların 9 ekspert tərəfindən qiymətləndirildiyini bildirərək nəticələri Müşahidə Şurasının müzakirəsinə təqdim edildiyini qonaqların diqqətinə çatdırdı. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə çıxış edərək KİVDF-nin elan etdiyi müsabiqənin Azərbaycan jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına şərait yaratdığını, onların yaradıcılıq fəaliyyətinə verilmiş qiymət olduğunu dedi: "Azərbaycan jurnalistləri daima dövlət dəstəyini hiss edirlər. Jurnalistlərin sosial vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində onlar üçün yeni bina tikilir"-deyə, PA-nın rəsmisi sözlərinə əlavə edib.
Daha sonra Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində "Palitra" , "Day.az" İnformasiya Agentliyi, "Yeni Gün" qəzeti, Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqamətində yazıya görə, "Səs" qəzeti, Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi üzrə "Səs" İnformasiya agentliyinin icraçı direktoru Vəli Vəliyev və digərləri KİVDF-nin diplomuna və 1000 manat məbləğində pul mükafatına layiq görülüblər. Sonda tədbir bayram adəti üzrə yumurta döyüşdürmə və bayram konserti ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB