Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başlanılan İDEA (İnternational Dialogue for Environmental Action) Ətraf Mühitin qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası 22-25 mart tarixlərində "Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi\"-ndə gənc ekoloqlar üçün "Yaşıl Enerji Düşərgəsi" təşkil edəcək. SİA-nın xəbərinə görə, kampaniya Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə baş tutacaq.
Layihə ərzində gənc ekoloqlar bu sahənin mütəxəssisləri ilə görüşəcək, alternativ enerji, bərpa olunan enerji mənbələri, enerjinin səmərəli istifadəsi mövzularında müxtəlif istiqamətli təlimlərə qatılacaqlar. Bundan əlavə, "Yaşıl Enerji" düşərgəsinin iştirakçılarını maraqlı ekoloji oyunlar və gəzintilər gözləyir. Dörd gün davam edəcək layihənin əsas məqsədi ixtisaslaşmaqda olan gənc ekoloqların mövcud ekoloji problemlər haqqında rəyini öyrənmək, təcrübi sahədə onların fəaliyyət mexanizmini müəyyən etmək və Azərbaycanda "Alternativ enerji" sahəsində kadr hazırlığına stimul verməkdən ibarətdir.
Qeyd edək ki, "Yaşıl Enerji" düşərgəsində iştirak etmək istəyən 200-dən çox gənc layihənin əsas təşkilatçısı olan ATGTİ-nin rəsmi internet səhifəsindən (atgti.az) onlayn qeydiyyatdan keçiblər. Xatırladaq ki, səhifədə bu axşam düşərgədə iştirak hüququ qazanmış 20 gəncin adı açıqlanacaq.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB