TBMM-nin başkan əvəzi: “Türk dünyasının gələcəkdə birlik, bərabərlik, qardaşlıq çərçivəsində birləşməsi ən böyük röyamızdır”

TBMM-nin başkan əvəzi: “Türk dünyasının gələcəkdə birlik, bərabərlik, qardaşlıq çərçivəsində birləşməsi ən böyük röyamızdır”

\"Bu gün Azərbaycan təhsili Türkiyəyə nisbətən çox irəliyə gedib\". SİA-nın xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin başkan əvəzi, millət vəkili Mehmet Sağlam deyib. O bildirib ki, Türkiyədə təhsil büdcəsi 1-ci yerdə, Azərbyacanda isə 2-ci yerdə olmasına baxmayaraq ölkənin təhsil sistemi günü-gündən inkişaf edir. Bu gün dünyada 250 milyon türk dilində danışan insanın yaşadığını deyən M.Sağlam qeyd edib ki, bəzi bəsit ləhcələri çıxmaq şərtilə hər kəs bir-birini yaxşı formada başa düşür. Onun sözlərinə görə, dünyada ilk dəfə olaraq türklərin təşkil etdiyi "ortaq dilli türklər" adlı müsabiqə keçirilir.

"Türkiyənin Azərbyacandakı təhsil müəssisələrində düzgün davranışları, düzgün, halal əməkləri ilə örnək olan insanlar çalışır. Belə insanların daha da çoxalması, onların bilikli, savadlı olması türk dünyasının birləşməsinə səbəb olar. Türk dünyasının gələcəkdə birlik, bərabərlik, qardaşlıq çərçivəsində birləşməsi, işlərin daha da inkişaf etdirilməsi bizlərin ən böyük röyasıdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə