Sumqayıtda yanğın ölümə yol açdı

Sumqayıtda yanğın ölümə yol açdı

Ötən gün Sumqayıt şəhərində yanğın hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, \"Qurd dərəsi\" adlandırılan bağlar sahəsində Rasim Nağıyevə məxsus evdə yanğın olub. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti aşkar edilib. Faktla bağlı araşdırma aparılır.


Bütün xəbərlər Facebook səhifəmizdə