Nadir Əzməmmədov: “Bayram ilə əlaqədar hər bir qatara əlavə 30 vaqon qoşulacaq”

Nadir Əzməmmədov: “Bayram ilə əlaqədar hər bir qatara əlavə 30 vaqon qoşulacaq”

"Novruz Bayramı ilə əlaqədar hər bir qatara əlavə 30 vaqon qoşulacaq". Bunu SİA-ya açıqlamasında Azərbaycan Dəmir Yolları" QSC-nın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. Qurum rəsmisinin sözlərinə görə, martın 20-dən etibarən sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, lazım olacağı təqdirdə isə 20-30 ədəd əlavə vaqonların qoşulacağı nəzərdə tutulur: \"Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Ölkə vətəndaşları rahat və ucuz nəqliyyat vasitəsi kimi dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. Əgər adi günlərdə 2000-2500 sərnişin daşınırdısa, bayram günlərində 4000-5000 sərnişinin daşınmasına nail olunur. Elə bu səbəbdən də ehtiyac yarandığı zaman 20 və daha çox vaqonun əlavə olaraq sərnişinlərin ixtiyarına veriləcəyi nəzərdə tutulur\".

Xidmət rəisi onu da qeyd edib ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə