2012-ci ilin Mart ayının 19-da, M.Tumanişvili adına Tbilisi Teatrında Gürcüstan Aşıqlarının III Qurultayı keçiriləcək. SİA-nın məlumatına görə, Qurultay Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (Marneuli) təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı Səfirliyinin və Kvemo-Kartli Quberniyasının dəstəyi ilə keçiriləcək.
Xatırladaq ki, Aşıqların I Qurultayı 1927-ci ildə Gürcüstanın Lüksemburq (Bolnisi) şəhərində, Aşıqlarının II Qurultayı isə 2002-ci ildə Tbilisi şəhərində keçirilib.
Qurultayda son 10 ildə görülən işlərin hesabatı dinlənəcək. Aşıqlar Birliyinin yeni idarə heyəti seçiləcək və onun gələcək perspektivləri müəyyən ediləcək.
Qurultayın işində Gürcüstanın və Azərbaycanın dövlət rəsmiləri, xarici ölkələrin Gürcüstandakı diplomatik korpuslarının nümayəndələri, incəsənət xadimləri, ziyalılar, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı gözlənilir.
Qeyd edək ki, qurultayda Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu da iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB