Millət vəkili Jalə Əliyeva Bolqarıstana gedəcək

Millət vəkili Jalə Əliyeva Bolqarıstana gedəcək

Milli Məclisin üzvü Jalə Əliyeva martın 20-dən Bolqarıstana səfər edəcək. SİA-nın məlumatına görə, parlament üzvü səfər çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət təhsil və sosial məsələlər komitəsinin sədri olan millət vəkili qurumun iclasında iştirak edəcək. Tədbirdə "QDİƏT-ə üzv dövlətlərdə uşaq hüquqlarının müdafiəsi: son hadisələrin qiymətləndirilməsi" mövzusunda deputatımızın məruzəsi dinləniləcək, növbəti iclasın yeri və vaxtı müəyyənləşdiriləcək. Səfər martın 22-də başa çatacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə