Bakıda və Abşeron yarımadasında martın 17-də hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarına gəlincə, martın 17-də hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.
Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Martın 17-də qeyri-sabit hava şəraiti davam edəcək. Güclü şimal-qərb küləyi əsəcək. Arabir yağıntılı olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB