Səfirimiz Çanaqqala zəfərinin ildönümü tədbirlərində iştirak edib

Səfirimiz Çanaqqala zəfərinin ildönümü tədbirlərində iştirak edib

Ankaranın Keçiörən rayonunda Çanaqqala zəfərinin 97-ci ildönümü münasibətilə tədbirlər keçirilib. Xəbəri Azərtac yayıb.

Keçiörən rayonunun Qələbə meydanında qurulmuş səhnədə peşəkar aktyorlar Çanaqqala dastanını canlandırıblar. Burada müharibə dövrünə aid əşyalar, foto və rəsm əsərləri də nümayiş etdirilib.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak eksponatlarla tanış olub, azərbaycanlıların da türkiyəli qardaşları ilə çiyin-çiyinə vuruşduqları bu ağır döyüşlərdən fraqmentləri izləyiblər.

Tədbirin sonunda türk xalq musiqisindən ibarət konsert olub.

Bütün xəbərlər Facebook səhifəmizdə