Azərbaycanda vərəm xəstəliyinin qarşısını almaqla bağlı maarifləndirməyə xidmət edən yeni bir yazı müsabiqəsinə start verilib. SİA-nın xəbərinə görə, müsabiqənin mövzusu ABŞ-ın Beynəlxalq İnkişaf Agentlyinin (USAİD) maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi "Vərəmlə bağlı stiqmaya qarşı mübarizə"dir.
Müsabiqədən məqsəd vərəm xəstəliyi ilə bağlı cəmiyyətdə mövcud stiqmanın aradan qaldırılması və vərəm xəstələrinin probleminə medianın, vətəndaş cəmiyyətinin, dövlət strukturlarının və ictimaiyyətin diqqətini cəlb etməkdir.
KİV nümayəndələri üçün elan edilən müsabiqəyə bir neçə materialın təqdim edilməsi mümkündür. Materiallar Azərbaycan və Rus dillərində hazırlana bilər.
Yarışmaya aşağıdakı mövzular üzrə materiallar təqdim edilə bilər:
• Vərəmlə bağlı stiqma - səbəblərin müəyyən edilməsi, araşdırılması və mümkün həlli yolları;
• Stiqmaya məruz qalan vərəmlə xəstələnmiş şəxslərin üzləşdikləri çətinliklərin, problemlərin işıqlandırılması;
• Vərəmlə bağlı stiqmatizasiyanın azaldılması üçün başqa ölkələrin təcrübəsi və müsbət nümunələr;
• Vətəndaş cəmiyyəti institutlarının, KİV-in, dövlət qurumlarının vərəmlə bağlı stiqmatizasiyanın azaldılmasında rolu.
Avqustun 1-nə qədər qəzet, jurnal və informasiya agentliklərinin rəsmi saytlarında, xəbər saytlarında müsabiqə mövzuları ilə bağlı dərc olunmuş materiallar ABŞ-ın Beynəlxalq İnkişaf Agentlyinin (USAİD) maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinə təqdim olunmalıdr.
Materialların elektron forması və linkləri [email protected] elektron ünvanına, məktubun mövzusunda "Müsabiqə üçün məqalə" qeyd edilərək göndərilməlidir. Materialların dərc olunduğu qəzet və jurnallar isə Bakı şəhəri, B.Səfəroğlu küç., 133, SAT plaza, 14-cü mərtəbə - ünvanına təqdim olunmalıdır.
Yarışmanın şərtinə əsasən qəzet və jurnallarda çap olunan materiallar ən azı A-3 formatlı qəzetin yarım səhifəsi (6-7 min çap işarəsi) həcmində olmalıdır.
Materiallar aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək:
• Obyektivlik;
• Qərəzsizlik;
• Mövzunun işlənmə keyfiyyəti, arqumentasiya və mövzunun dolğunluqla əhatə olunması;
• Peşəkar və orjinal yanaşma;
• Faktlar və real həyat hadisələrindən peşəkar şəkildə istifadə olunması.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB