Qobustan Milli tarix-bədii qoruğunda Qobustan muzeyi açılıb

Qobustan Milli tarix-bədii qoruğunda Qobustan muzeyi açılıb

Bu gün Qobustan Milli tarix-bədii qoruğunun yeni muzey binasının açılış mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, təqdimat mərasimində çıxış edən mədəniyyət və turizim nazirinin müavini Vaqif Əliyev çıxışında Qobustan muzeyi haqqında iştirakçılara məlumat verib. Nazir müavinin çıxışdan sonra iştirakçılar muzeyə baxş keçirib. Tədbirdə həmçinin Qobustan abidəlinin tədqiqatçısı Firuzə Muradovanın "Qobustan Tunc dövründə" kitabının təqdimatı olub və müəllifə Mədəniyyət və Turizim Nazirliyinin fəxri fərmanı adı verilib.

Açılış mərasimində həmçinin qonaqlar üçün "Natiq"ritm qrupu, "Balet" qrupu, Aşıqlar, zurna-balaban və digər musiqi alətlərinin ifasında Qobustana həsr edilən kompazisiyalar ifa olunub.


Samirə Abdullayeva




Bütün xəbərlər Facebook səhifəmizdə