Akademik Bəkir Nəbiyev bu gün son mənzilə yola salındı - FOTOSESSİYA
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Bəkir Nəbiyev də sevilərək dünyasını dəyişən insanlar sırasındadır. Bu gün onu son mənzilə yola salmaq üçün ailə üzvləri, dostları, uzun illər bir yerdə çiyin-çiyinə çalışan iş yoldaşları, tələbələri eləcə də onun elmi əsərlərindən faydalanan onu son məzilə yola salmağı özünə borc bilən insanlar gəlmişdir. Hər kəs özlüyündə onun görduyu xidmətlərdən fəxrlə danışırdı. Elə Mərhumla son vida görüşü də uzun illər çalışdığı Azərbaycan Milli Elmlər Akademiyasının binasında təşkil edilmişdı. Mərasimdə çıxış edən AMEA-nın prezidenti Mahmud Kərimov Bəkir Nəbiyevin həyat yolundan danışaraq Azərbaycan ədəbiyyat elminə böyük itki üz verdiyini bildirdi.Mahmud Kərimov bu gündə B.Nəbiyevin 2 dəfə dövlət mükafatı laureatı, 6 cildli Sovet Ədəbiyyatı Tarixinin, 2 cildli Azərbaycan Ədəbiyyatı Tarixinin müəllifi və redaktoru, 30 cildli Türk Dünyası Ensiklopediyasının Azərbaycan üzrə əlaqələndiricisi olduğunu xatırlatdı.
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla isə elmi fəaliyyətində ədəbiyyatşünaslıqla tənqidçiliyi birləşdirməyə nail olmuş Bəkir Nəbiyevin həm də ensiklopedik biliklərə malik ədəbiyyat tarixçisi kimi tanıdığını bildirdi: "Əsas tədqiqat mövzularının XX əsr Azərbaycan ədəbiyyatı ilə bağlı olmasına baxmayaraq, Bəkir Nəbiyev bütövlükdə ədəbi irsimizi mükəmməl bilən alim kimi şöhrət qazanmışdır. Yüksək peşəkarlıq, tükənməz işgüzarlıq, ədəbi-tarixi proseslərə konseptual yanaşma akademikin yaradıcılığının başlıca xüsusiyyətlərindən idi".
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar akademikin ötən gün son dəfə qəzetdə çap olunan məqaləsindən danışaraq, onun ölümündən sonra da Azərbaycan ədəbiyyatşünaslığına verəcəyi qiymətsiz tövələrin çox olacağını bildirdi.
Akademik Bəkir Nəbiyev səmərəli elmi yaradıcılıqla yanaşı, yüksək ixtisaslı kadrların yetişdirilməsində böyük əmək sərf edib. Onun rəhbərliyi altında çox sayda fəlsəfə və elmlər doktorları hazırlanıb. O, elmi işlərlə pedaqoji fəaliyyəti uğurla əlaqələndirərək respublikanın müxtəlif ali məktəblərində dərs deyib. Əməkdar elm xadimi Nizami Cəfərovda akademiki bu gün son mənzilə yola salmağa gələnlər sırasında idi:"Bəkir Nəbiyevin ölümü ədəbiyyatşünaslığımıza eləcə elmimizə böyük itkidir. Zəngin yaradıcılıq yolu keçən alim Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqid sahəsinin inkişafına mühüm töhfələr verib. O, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin mühüm problemləri, eləcə də milli mətbuatın keçmişi ilə bağlı sanballı araşdırmalar aparıb. Onun ayrı-ayrı görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr etdiyi monoqrafiyalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Bəkir Nəbiyev 50-dən artıq elmi kitab, monoqrafiya və dərsliyin, 800-dən çox məqalənin müəllifidir. Onun əsərləri bir çox xarici dillərə tərcümə olunub".
Xalq yazıçısı Elçin Əfəndiyev isə deyir ki, Bəkir Nəbiyevin ölümü onu daha cox sarsıdıb. Əgər bir tərəfdən böyük alimi itiribsə digər tərfdən ailə dostunu itirdiyini deyir. "Akademikimiz bizim üçün olduqca dəyərli bir insan idi. O vaxtı ilə İlyas Əfəndiyevin evinə gəlirdi. Biz hər zaman onun elmi söhbətlərinə qulaq asmağı sevirdik. Hətta o zaman biz gənc olduğumuzdan daima bizə həyat məsləhətləri verirdi. Böyük alim, gözəl insan, Vətəninə, xalqına xidmət edən bir vətən övladı idi".
Qeyd edək ki, Bəkir Nəbiyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edib. O, 1982-1986-cı illərdə Azərbaycan Ədəbiyyat Fondunun, 1987-1991-ci illərdə Azərbaycan Mədəniyyət Fondunun sədri və müxtəlif illərdə Elmlər Akademiyasının ədəbiyyat üzrə elmi və müdafiə şuralarının sədri olub, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədr müavini kimi fəaliyyət göstərib. O, müxtəlif orden və medallarla, müstəqil Azərbaycanın ali mükafatları olan "İstiqlal" və "Şöhrət" ordenləri ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif edilib. Xatırladaq ki, Bəkir Nəbiyev 2012-ci il martın 15-də ömrünün 82-ci ilində vəfat edib.
Allah Rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB