AJQA Xədicə İsmayilovaya dəstək verməyib

AJQA Xədicə İsmayilovaya dəstək verməyib

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası musavat.com-un yazdığı kimi, heç də Xədicə İsmayilovaya dəstək verməyib. AJQA-nın prezidenti Sevil Yusifova SİA-ya açıqlamasında bildirib ki, təşkilat sadəcə olaraq, bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib.

Bu müraciəti olduğu kimi sizlərə təqdim edirik: "Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası jurnalist Xədicə İsmayılova haqqında yayılmış video-görüntülərin yayılması hadisəsini pisləyir. İnsanın özəl həyatına müdaxilə edilməsi yolverilməzdir və bunu törədənlər qanun qarşısında cavab verməli, məsuliyyətə cəlb olunmalıdırlar. Görüntüləri yayan şəxslərin kimliyi hüquq mühafizə orqanları tərəfindən ciddi araşdırılaraq aşkar edilməli və istintaqın gedişatı haqqında ictimaiyyət məlumatlandırılmalıdır. Hər bir vətəndaşın şəxsi həyatının toxunulmazlıq hüququ Azərbaycan Konstitusiyasında təsbit olunub və heç kimin şəxsi həyatına müdaxilə etmək ixtiyarı yoxdur\".

Bunları nəzərə alaraq AJQA çoxsaylı üzvləri adından adiyyatı orqanlardan "Azadlıq radiosu\"nun əməkdaşı Xədicə İsmayılova ilə bağlı etik çərçivədən kənara çıxan video-görüntünün hazırlanmasına və dövriyyəyə buraxılmasına hüquqi qiymət verilməsini istəyir: \"Biz Respublika Prokurorluğunun yuxarıda adı keçən məsələ ilə bağlı cinayət işinin açılmasını dəstəkləyir və inanırıq ki, yaxın zamanlarda bu başverənlər tam təfərrüatı ilə açılıb ortaya qoyulacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə